Güney Azərbaycan yolları can almaqda davam edir: 3 ölü, 4 yaralı
Güney Azərbaycanın qeyri-standart yolları növbəti dəfə qanlı yol qəzalarına səbəb olub.
Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif bölgələrində bir neçə yol qəzası baş verib. Son məlumata görə, Makı-Təbriz caddəsində “Prayd” və “Səmənd” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarəti alıb.
Məlumata görə, avtomobillərdə olan sərnişinlərdən 3-ü hadisə yerində keçinib. Yaralıların Makı şəhərinin xəstəxanasına çatdırıldığı bildirilir.
“Səməd” markalı avtomobilin sürücüsünün yolun sağ hissəsinə keçməsi, baş verən qəzanın səbəbi kimi göstərilir.
Zəncan-Miyana yolunda baş verən yol-nəqliyyat hadisəsində isə 2 nəfər yaralanıb. İki “Nissan” markalı avtomobilin topqquşması nəticəsində hər iki maşının sürücüsü ağır bədən xəsarəti alıb. Yaralılar dərhal Miyana xəstəxanasına intiqal edilib.