Təbrizin maşınqayırma zavodunun işçiləri etiraz yığıncağı keçirib
Təbrizin maşınqayırma zavodunun (karxanə) bir qrup işçisi zavodda gedən özəlləşdirmə işləri və 3 aylıq maaşlarının ödənilmədiyi üçün etiraz yığıncağı keçiriblər.
4 gündür davam edən yığıncağa çoxsayda zavod işçisi qatılıb.
İşçilər, zavod idarəçiliyində olan 14 illik qeyri-müəyyən vəziyyət, Özəlləşdirmə Təşkilatının zavodda etdiyi dəyişikliklər və 3 aylıq maaşlarının ödənilmədiyinə görə etiraz ediblər.
Təbrizin maşınqayırma zavodu Şərqi Azərbaycanda ən önəmli sənaye müəssisələrindən biridir. Zavodun özəlləşdirilməsi prosesi uzun illərdir mübahisəli məsələ kimi öz həllini tapmır.
gadp