English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

اورتاق بیل‌دیری: وارلیغیمیزلا یانینداییق، تورکیه

تورکیه جومهوریتی اورتادوغونون تکجه گرچک دئموکراسیاسینا صاحب اولان دؤولت‌دیر. سون ایللرده تورکییه‌نین گلیشمه‌سی، تورک اوردوسونون گوجلنمه‌سی، تورکییه‌نین دونیا سوییه‌سینده سؤز صاحب اولماسی بیر چوخ اؤلکه نی راحات‌سیز ائتمیش‌دیر. باشدا بیر سیرا باتی اؤلکه‌لری، روسیا و ایران اولماقلا تورک میللتی‌نین دوشمان‌لاری زامان زامان بؤیوک تورکییه جومهوریتینه سالدیریر، آغیر یارا‌لار وورموش‌لار.

آنجاق، تورک میللتی دیرنیش میللتی‌دیر و هر موجادیله یی ده دیره نه‌رک قازانمیش‌دیر. 15 تئمموز 2016 گئجه‌سی سون بیر ایلده کورد تئرور اؤرگوت‌لرینی مهو ائدن، ائکونومی‌سی هرگون اینکیشاف ائدن، دیگر اؤلکه‌لریله یئنی‌دن سیغ موناسیبت قوران، بؤلگه‌نین تکجه گرچک دئموکراتیک اؤلکه‌سی اولان تورکییه یئنه ده سال‌دیرییا معروض قالدی. ایندیسه نؤوبت سیویل توپلوم دئییل‌دیر، تورکییه نی بوتونلوکله یوخ ائتمک‌دیر.

آما تورک میللتی‌نین گوجونو هئچه سایان قووه‌لر، سئل کیمی آخان میللتین اؤنونده یئنه ده دیز چؤکور ائتگی‌سیز حالا گتیریلدی. دونیا یئنه ده تورکییه میللتی‌نین دئموکراسیا آنلاییشی، وطن قوروماسی، اؤز اؤولادلارینا دایاق دورماسینی گؤرور هئیران قالدی.

بیز گادپ و آذوح اولا‌راق بو داربئیی شیددتله قیناییر، محکوم ائدیریک. بو تئرور سال‌دیری‌سیندا جان‌لارینی ایتیرن اونلارجا کیشی یه رحمت دیله ییر، بو اولایا ندن اولان بوتون شخص‌لرین جزالاندیریلماسینی ایسته ییریک.

ییخیلمادیق، آیاقداییق، بیز بونو دا آتلاتاجاغیق.

یاشاسین تورکییه

یاشاسین آذربایجان

16-07-2016

گادپ- گونئی آذربایجان دئموکرات پارتیاسی

آذوح- آذربایجان اؤیرنجی حرکاتی

 

 

Ortaq bildiri: Varlığımızla yanındayıq, Türkiyə

Türkiyə cümhüriyəti ortadoğunun təkcə gərçək demokrasiyasına sahib olan dövlətidir. Son illərdə Türkiyənin gəlişməsi, Türk ordusunun güclənməsi, Türkiyənin dünya səviyəsində söz sahib olması bir çox ölkəni rahatsız etmişdir. Başda bir sıra batı ölkələri, Rusiya və İran olmaqla Türk millətinin düşmanları zaman zaman Böyük Türkiyə cümhüriyətinə saldırır, ağır yaralar vurmuşlar.

Ancaq, Türk milləti dirəniş millətidir və hər mücadiləyi də dirənərək qazanmışdır. 15 Temmuz 2016 gecəsi son bir ildə Kürd teror örgütlərini məhv edən, ekonomisi hərgün inkişaf edən, digər ölkələrilə yenidən sığ münasibət quran, bölgənin təkcə gərçək demokratık ölkəsi olan Türkiyə yenə də saldırıya məəruz qaldı. İndisə növbət sivil toplum dəyildir, Türkiyəni bütünlüklə yox etməkdir.

Ama Türk millətinin gücünü heçə sayan qüvvələr, sel kimi axan millətin önündə yenə də diz çökür etgisiz hala gətirildi. Dünya yenə də Türkiyə millətinin demokrasiya anlayışı, vətən qoruması, öz övladlarına dayaq durmasını görür heyran qaldı.

Biz GADP və AZOH olaraq bu darbeyi şiddətlə qınayır, məhküm edirik. Bu teror saldırısında canlarını itirən onlarca kişiyə rəhmət diləyir, bu olaya nədən olan bütün şəxslərin cəzalandırılmasını istyəyirik.

Yıxılmadıq, ayaqdayıq, Biz bunu da atlatacağıq.

Yaşasın Türkiyə

Yaşasın Azərbaycan

16-07-2016

GADP- Güney Azərbaycan Demokrat Partiyası

AZOH- AZərbaycan Öyrənci Hərəkatı

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter